Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60764
az

SON DƏQİQƏ! Əli Əliyev sərbəst buraxıldı və ilk açıqlama verdi

23:0006 Noyabr, 2021
1035
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev sərbəst buraxılıb.

Musavat.com-un əməkdaşı Ə.Əliyevlə əlaqə yaradıb. Partiya sədri bildirib ki, yenicə sərbəst buraxılıb və hazırda partiyanın yerləşdiyi qərargaha doğru gedir. O, onunla eyni zamanda saxlanılan Bumeranq TV-nin rəhbəri Elçin Rəhimzadənin də sərbəst buraxılacağını gözlədiyini və bərabər bu dindirmə ilə bağlı ortaq açıqlama veriləcəyini deyib: “Bir müddət sonra geniş açıqlamamız olacaq”.

Musavat.com xatırladır ki, axşam saat 17 radələrində Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev saxlanılması barədə məlumat yayıldı. Onunla yanaşı, "Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığı yayılan məlumatlar sırasında idi.

Həmin dəqiqələrdə Musavat.com Əli Əliyevin Dövlət Təhlükəsizlik Xidməti ( DTX) tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilmişdi. DTX-dan Musavat.com-a açıqlanmışdı ki, VİP sədri və "Bumeranq" TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!
Rəisinin həlak olduğu helikopter qəzası necə olub? - Mühəndis Pilot DANIŞDI - VİDEO

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO