Abşeron rayonunda intihar hadisəsi baş verib.
Oxu24.com -un məlumatına görə, hadisə dünən Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Q.Nəsirova yaşadığı binadan özünü atıb.
Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Minlərlə şəxsə ŞAD XƏBƏR - Deputat ELAN ETDİ
Oxu24.com
ŞƏRHLƏR