Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6055
az

Azərbaycanlı nazirlə əlaqəmiz vardı, prezident də bunu bilmirdi - Erməni general HƏR ŞEYİ AÇDI

13:4612 Oktyabr, 2018
1334
DÜNYA
  • A
Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin Düşənbədə MDB dövlət başçılarının sammitində tərəflər arasında operativ əlaqənin qurulması ilə bağlı razılığa gəldi. Bu, o deməkdir ki, tərəflərin hərbi rəhbərliyi arasında əlaqə vasitələri qurulur və təmas xəttində gərginliyin yaranmasının qarşısı alınır.

Yeni olan bu razılaşmanın hansı mexanizmlərlə işlədiyi məlum deyil, hətta Paşinyanın ölkəsinə qayıdandan sonra Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalar fonunda işləyəcəyi də sual altındadır. Lakin belə bir əlaqə 90-cı illərdə Azərbaycan və Ermənistan arasında mövcud idi.

Publika.az xəbər verir ki, 1993-cü ildə Ermənistanda müdafiə nazirinin vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryans həmin illərdə Azərbaycanın müdafiə naziri ilə operativ əlaqəyə malik olduğunu açıqlayıb.

“Mən həmişə Azərbaycanın müdafiə naziri ilə danışıq əlaqəmiz vardı. Bu, çox lazımlı idi. İndi də belə bir əlaqəyə böyük ehtiyac var. Biz düşmən idik, lakin əlaqə saxlayırdım, mən şəxsən müdafiə naziri ilə danışırdım. Bu əlaqə vasitəsilə çox problemlər həll edilirdi. Hətta prezident Levon Ter-Petrosyan bizim azərbaycanlılarla nə danışdığımızı bilmirdi, bir çox məsələ hərbçilər arasında həll olunurdu”, - deyə o bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı