Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6053
az

Paşinyan Azərbaycan mahnısına oynadı - VİDEO

12:0412 Oktyabr, 2018
1003
  • A
 
Ermənilər nöbvəti dəfə Azərbaycanın milli musiqisini oğurlayaraq özlərinki kimi təqdim ediblər.

Oktyabrın 11-də İrəvanda 58 ölkəni birləşdirən Frankofoniya Beynəlxalq Təşkilatının sammiti keçirilib.

Əvvəllər ciddi beynəlxalq konfranslara ev sahibliyi etməmiş Ermənistan bu tədbirə Azərbaycana qarşı təxribat fürsəti kimi baxıb.

Əvvəlcə İrəvanda açılan “Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. Amma işğalçı ölkənin siyasi rəhbərliyi bununla kifayətlənməyib.



Frankofoniya sammitinin rəsmi hissəsi başa çatandan sonra gəzinti və ziyafət təşkil edilib. Ziyafətdə səslənən musiqilər isə Azərbaycandan oğurlanma olub. Ermənistanın Baş naziri Nikol Paşinyan, tədbirdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də başqa ölkələrin rəsmləri ziyafət zamanı erməni musiqisi kimi səsləndirilən Azərbaycan rəqs havalarına oynayıblar.

Novxanı qəsəbəsi Mehdi Hüseynzadə adına orta məkətbin musiqi müəllimi Təranə Əliməmmədov bildirib ki, birinci videoda Azərbaycanın “Duy-duy” və “Xurcunu” rəqslərinin qarışığı səsləndirilib.

İkinci videodakı çalınan hava isə Azərbaycanın “Basqalı” rəqsidir.

Sammitdə oynanılan rəqslərin və Azərbaycan rəqslərinin orjinallarının da təqdim edirik. (report)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


220 kiloluq repçi sürücünü məhkəməyə verdi
Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi