Kapital Bank namizədləri Pərakəndə biznesə dəstək departamentinin Əlaqə mərkəzi şöbəsinin Onlayn xidmətlər bölməsində işəmuzd müqaviləsi əsasında kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Banka rəqəmsal kanallar (onlayn çat, sosial şəbəkələr, email və s.) vasitəsilə daxil olan müraciətləri vaxtında və düzgün cavablandırmaq;
Zəruri hallarda müştəri ilə zəng vasitəsilə əlaqə saxlamaq;
Müştəri müraciətlərinə əsasən ödəniş kartları ilə bağlı əməliyyatları aparmaq və s.
Tələblər
Ali təhsil;
Azərbaycan dilində səlis oxumaq və yazmaq bacarığı;
Kommunikasiya bacarığı;
Məntiqi düşüncə;
Müştərilər ilə iş təcrübəsi (arzuolunandır).
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
ŞƏRHLƏR