Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
605
az

Röyadan Aygünlə bağlı gecikmiş etiraf: " Kazımova bir əfsanədir, ölməzdir"

10:2614 Aprel, 2018
1714
ŞOU-BİZNES
  • A
Aygün Kazımova bir əfsanədir, ölməzdir. Amma mənə qarşı çox böyük kompleksi var.

Oxu24.com  xəbər verir ki, bu barədə əməkdar artist Röya Ayxan "Baku.ws" saytına açıqlamasında bildirib.

R. Ayxan xalq artistinin həmişə hörmətini saxladığını və bundan sonra da saxlayacağını söyləyib:

"Aramızda anlaşılmazlıqlar olub, ona qarşı pis hərəkətlərim olub. Bu yaxınlarda guya mənə qarşı jest etdi. Mənim 15-16 yaşımda olarkən, burnu yekə, eybəcər kadrlarımı paylaşıb. Bu jestdir? Jesti mən edirəm.Tədbirlərdə hər dəfə onu görəndə yaxınlaşıb salam verirəm. "Altın Kelebey"i qazandım, onu paylaşardı, məni təbrik edərdi. Onda deyərdim ki, mənə jest edib".

Sənətçi həmkarının Azərbaycan musiqi aləmində çevrilişlər etdiyini, tarix yazdığını vurğulayıb:

"O gözəl xanımdır, şou qadınıdır. Amma yanındakılara qulaq asmasın. Bundan sonra mənim haqqımda nə danışsa, ona cavab verməyəcəm. Ağıllı davransa, ağıllı davranacağam. Mənim kimi ağıllı dostu yoxdur. Amma istəsəydi, vaxtında olardım".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

63 yaşlı Nərgiz Cəlilovanın yeni görüntüsü - FOTO
Ad günündə insult keçirdi, aktyorlarla birgə kəlmeyi-şəhadətini gətirdi - Əməkdar artistin ölümünə nə səbəb olmuşdu?
Elza bu dəfə başına xoruz qoydu - VİDEO