Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60453
az

Azərbaycan İsraildən ən müasir raket aldı - VİDEO - FOTO

23:3001 Noyabr, 2021
571
HƏRBİ
  • A

Azərbaycan İsraildən idarə olunan "I-Derby ER" raketləri alıb.

Orta mənzilli "hava-hava" tipli bu raket Azərbaycan Hərbi-Hava Qüvvələrindəki MiQ-29 qırıcıları üçün nəzərdə tutulub.

İsrailin hərbi-sənaye kompleksinin ən böyük şirkətlərindən olan "RAFAEL Advanced Defense Systems Ltd"in istehsal etdiyi bu raketlərin orta satış qiyməti 300 min dollardır.

Rusiya Federasiyası istehsal etdiyi R-77 raketinin daha effektiv olduğunu desə də, bu iddia yanlış və yalandır.

Belə ki, Pakistanla daimi qarşıdurmada olan Hindistan son sərhəd toqquşmalarından birində Rusiyadan aldığı Su-30 MKİ qırıcılarını havaya qaldırmışdı. Onların qarşısına Pakistan Hərbi-Hava Qüvvələrinin 24 F-16 qırıcıları çıxmışdı.

Pakistanlı pilotların AIM-120 AMRAAM raketlərindən istifadə edəcəklərini anlayan hind pilotlar sözün əsl mənasında, hava döyüşü yerindən qaçmışdılar. Çünki onların təyyarələrindəki Rusiya istehsallı R-77 raketinin maksimum hədəfvurma məsafəsi 80 km idisə, pakistanlıların AIM-120 AMRAAM raketi 120 km-də hədəfi asanlıqla vurur.

 

"I-Derby ER" raketi isə Pakistan HHQ-dəki AİM-120-dən də müasir, yüngül və effektivdir.

Azərbaycanın da satın aldığı "Derby" raketi "atəş açdın, unut" sistemlidir, yəni hava döyüşü zamanı pilot bu raketi işə salandan sonra uçuş marşrutunu asanlıqla dəyişə bilər.

Raket istənilən hava şəraitində, sutkanın 24 saatında düşmən təyyarəsini hədəfə ala bilər. Üstəlik, hədəfə hətta, işə salınandan sonra da tuşlana bilər.

"Python-5" raketinin yeni nəsli olan "Derby"də "ördək" tipli aerodinamik sxem, qılpə-fuqas döyüş başlığı və qeyri-kontakt lazer partladıcı var. İki rejimli mühərrik isə ND-10 mühərrikinin təkmilləşdirilmiş variantıdır.

Səsdən 4 dəfə sürətlə (4M) hərəkət edən "Derby" raketi 50G-yədək təzyiq dəyişməsində çalışa bilir.

Uzunluğu 3620 mm, korpusunun diametri 160 mm, kütləsi 115 kq olan raketdə komanda-inersial nişanalma sistemi və müstəqil nişanalma üçün aktiv radiolokasiya başlığı var.

Azərbaycan HHQ-nin qırıcılarının "I-Derby ER" raketləri ilə silahlanması pilotlarımıza səmada potensial düşmənin təyyarələri ilə döyüşdə böyük üstünlük əldə etməyə imkan verəcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusunun hərbçisi vəfat edib
Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO