Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6040
az

Qarabağla bağlı ŞOK SÖZLƏR, kəşfiyyatın əlinə keçən SİRR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

20:2811 Oktyabr, 2018
1505
QARABAĞ
  • A
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı absurd iddialarını davam etdirib. Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxması ilə bağlı iddialar bir-birini əvəzləməkdədir. ABŞ prezidenti Donald Tramp Çini ticarətdə əlavə məhdudiyyətlərlə hədələyib. Kreml Tramp və Putinin görüşəcəyi ilə bağlı yayılmış xəbərləri əsassız adlandırıb. Yarım il ərzində Ukraynanı hakimiyyət dəyişikliyi gözləyir.

“Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır”. Bunuİrəvanda “Frankofoniya” beynəlxalq təşkilatının sammitində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan iddia edib ki, Dağlıq Qarabağ “xalqının” iradəsini nəzərə alaraq, onun statusu məcburi hüquqi gücə malik olmalıdır.

“Sülh atmosferinin yaradılması nizamasalma prosesində irəliləyiş üçün əsas amil olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən sonra “Qarabağı tərəf kimi təqdim etmək” cəhdləri ilə danışıqlar atmosferinə uyğun olmayan mövqe sərgiləyir. MDB dövlət başçılarının Düşənbə sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü görüş zamanı təmas xəttində atəşkəsin qorunması ilə bağlı razılaşma Paşinyanın bu absurd mövqeyindən əl çəkəcəyi ehtimalını önə çıxarmışdı. Lakin görünür, Paşinyan daxili siyasətə hesablanmış, lakin danışıqları alt-üst edən iddialarından əl çəkmir.

Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir. Bu ilin 19-20 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev Fransada səfərdə olmuşdu. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafından xəbər verir. Azərbaycan və Fransa prezidentləri Bakıda əməkdaşlıq məsələlərini, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcək. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi də müzakirə mövzularından biri olacaq.

Makronun Bakı səfərindən ən böyük gözlənti isə 400-500 milyon avroluq silah müqaviləsinin müzakirə ediləcəyidir.


Fransa prezidenti Emmanuel Makron xanımı həyat yoldaşı Bridcit Makronla oktyabrın 10-da İrəvana işgüzar səfərə gəlib. Fransa lideri oktyabrın 11-12 tarixlərində Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci sammitində iştirak edəcək.

Ermənistanın müdafiə naziri David Tonoyan Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının hərbi təlimlərini izləyib. Maraqlıdır ki, təlimlər zamanı Tonoyan əməliyyat komanda qərargahında əyləşib və təlimləri idarə edib. Hərçənd, Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının bütün əməliyyatları – təlim olsa belə - Moskvadan idarə olunur. Vahid qoşun qruplaşmasının hərbi əməliyyata cəlb edilməsi də Rusiya liderinin icazəsi əsasında mümkündür.

Ermənistan mediası Tonoyanın əməliyyatı idarə etməsini gözlənilməz istiqamət adlandırıb.

 
Tonoyan erməni və rus əsgərlərinə ƏMR VERDİ - Ermənistan Azərbaycana qarşı nələr hazırlayır?
Keşiş Bransonun sabah keçiriləcək məhkəmədə azadlığa buraxılması vacibdir. Bu, Türkiyənin atacağı düzgün bir addım olacaq. Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Bu, Türkiyənin atmalı olduğu humanist bir addımdır. Yaxın vaxtlarda Branson və həyat yoldaşının ABŞ-a geri qayıda biləcəyindən çox ümidliyəm”, - Pompeo bildirib.

Keşişin azadlığa buraxılmasının ABŞ üçün nə anlama gələcəyi barədə suala isə Pompeo “Bu, əhəmiyyətli bir addımdır” cavabını verib.

Qeyd edək ki, 12 oktyabrda keşiş Bransonun işinə Ali Məhkəmədə baxılacaq. Ev dustaqlığında olan Bransonun azad ediləcəyi ehtimal edilir.

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxması ilə bağlı iddialar bir-birini əvəzləməkdədir. Növbəti iddia ABŞ-ın “Vaşinqton Post” nəşrindən gəlib.

Dəməşq İran qoşunlarının Suriyadan çıxarılmasına nail olmayana qədər Vaşinqton Suriyanın bərpasına heç bir vəsait verməyəcək. Bunu Amerikanın Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“İranın Suriyadan çıxarılmasının məsuliyyəti hökumətin üzərindədir. Məhz hökumət İran ordusunun burada yerləşməsinin günahkarıdır. Əgər onlar İran ordusunu buradan çıxartmasalar, ABŞ-dan rekonstruksiya üçün bir dollar belə almayacaqlar”, – deyə o bildirib.

Tramp və Putinin görüşəcəyi ilə bağlı yayılmış xəbərlər əsassızdır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“İki ölkə başçısı arasında hər hansı görüş planlaşdırılmayıb”, - Peskov bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşünün 2019-cu ilin birinci yarısında keçiriləcəyi barədə məlumat yayılmışdı.

ABŞ prezidenti Donald Tramp Çini ticarətdə əlavə məhdudiyyətlərlə hədələyib. Amerika lideri bu haqda “Fox News” telekanalına müsahibəsində bildirib.

Tramp qeyd edib ki, onun siyasəti artıq Çin iqtisadiyyatına zərər vurub.

“Mən daha çoxunu edə bilərəm”, - ABŞ prezidenti əlavə edib.

Onun sözlərinə görə, Çində uzun müddət çox yaxşı yaşayırdılar və ABŞ-la ticarətdə haqsız üstünlüklərdən istifadə edirdilər.

Çin və ABŞ arasında ticarət müharibəsi iyulun 6-da bu dövlətlərin qarşılıqlı şəkildə yüksək gömrük rüsumlarını tətbiq etməsindən sonra başlanıb. Vaşinqtonun qiymətləndirməsinə görə, ticarət dövriyyəsi Çinin xeyrinə 500 milyard dollar təşkil edir. Pekin öz növbəsində disbalansı ABŞ-ın daxili iqtisadi siyasətinin nəticəsi hesab edir.

Yarım il ərzində Ukraynanı hakimiyyət dəyişikliyi gözləyir. Bu haqda ölkənin sabiq baş naziri Nikolay Azarov özünün Feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, Kiyevdəki siyasətçilər və məmurlar da bunu anladıqları üçün müxtəlif şoular təşkil edirlər.

“Bu cinayətkar dəstənin çox vaxtı qalmayıb. Artıq yarım il sonra onlar olmayacaq”, - Azarov qeyd edib.

Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada hakimiyyət dəyişikliyi olub. Meydan hadisələnin nəticəsi olaraq hakimiyyətdən devrilən prezident Viktor Yanukoviç və Azarov Rusiyaya qaçıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video