Sirab Satış təmsilçisi (Spirtli və Spirtsiz içkilər üzrə) vəzifəsinə işçi axtarır
Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Orta-ixtisas
Kompüter bilikləri: MS Office – Başlanğıc səviyyədə;
Dil bilikləri: Azərbaycan dili – Əla
Yaş həddi: 22 – 30;
Kişi namizədlər üçün B kateqoriyalı sürücülük vəsiqəsinin olması və şəxsi avtomobilin olması mütləqdir;
Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il satış təcrübəsi;
Satış sahəsində karyera qurmağı hədəf seçən.
Fərdi keyfiyyət göstəriciləri:
Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
Komanda ilə işləmə bacarığı;
Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
Gərgin iş tempinə uyğunlaşa bilən;
Planlaşdırma və problem həll etmə bacarığı;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;
İş barədə:
Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
Yeni məhsulları tanıtmaq;
Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək;
Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onlara nəzarət;
Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Fix və Satışa görə bonus;
Yemək pulu və benzin pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi;
İş qrafiki: 6 günlük iş həftəsi, bazar günü istirahət.
Müraciət forması:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Satış təmsilçisi” yazmaqla göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
ŞƏRHLƏR