Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60254
az

9 noyabr razılaşmasında “GİZLİ” MƏQAM: Ermənilər hələ indi başa düşür ki... - Dekabrın 17-də nə baş verib?

16:0129 Oktyabr, 2021
410
ÖZƏL BÖLÜM
  • A

"Keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan dekabrın 17-də Gorusa gələrək silahlı qüvvələrin Gorus və Mehridən geri çəkilməsini, Zəngilan və Qubadlı mövqelərini Azərbaycana verməsini tələb edib".

Oxu24.com  xəbər verir ki, bu barədə "Hrparak" nəşri yazıb. Məqalədə qeyd olunur ki, Hayastan blokunun üzvü, Sünik şəhərinin keçmiş qubernatoru Artur Sarkisyanın bu açıqlaması bir daha təsdiqlədi ki, Paşinyan və onun müdafiə naziri Azərbaycanın müharibədən maksimum fayda əldə etməsi üçün əlindən gələni edib.

“Biz narahatıq, ona görə ki, yüksək rütbəli məmurlar deyirdilər ki, hər kəs durduğu vəzifədə qalır. Noyabrın 9-da imzalanan müqavilədə bizim niyə qayıtmağımız qeyd olunmayıb. Nazirdən nə soruşduq, dedi, bilmirəm, sabah saat beşdə hamınız qayıtmalısınız.

Hazırda azərbaycanlılar Sisian inzibati ərazisində, Qara gölün yanında, İşxanasar hissəsindədir” deyə Artur Sarkisyan bildirib.

Nəşr yazır ki, noyabrın 9-da sənədin imzalanmasından 10 gün sonra vəzifəsindən istefa verən keçmiş Baş Qərargah rəisi Movses Akopyan təsdiq edib ki, noyabrın 9-da imzalanan sənəddə hər şey yazılıb.

"Mən anlamıram ki, bu gün insanlar niyə başa düşmür və manipulyasiya etmək istəmirlər. Həmin sənədi oxuyanda mənə aydın oldu ki, biz bu mövqedən kənara çıxacağıq. Orada çox aydın yazılıb ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri yalnız Ermənistan Respublikasının dövlət sərhədində dayanacaq. Ermənistan Respublikasının başqa yerdə silahlı qüvvələri olmayacaq" deyə Akopyan bildirib.

Onun sözlərinə görə, Nikol Qarabağın Azərbaycan olduğunu artıq qəbul edib.

"Sənəddə deyilir ki, bütün qüvvələr müharibə bitəndə olduğu yerdə qalacaq. Bunun yanında bir məqam da var. Orada deyilir ki, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələri də geri çəkilir. Görülənlər 9 noyabr sənədinə uyğun gəlirdi" deyə Baş Qərargah rəisi fikrini tamamlayıb. / Metbuat.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi