Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60236
az

Gələn ay toylara qadağa qoyulacaq?

23:5328 Oktyabr, 2021
329
CƏMİYYƏT
  • A

"Əgər yoluxmanın artmasına səbəb toylardırsa, o zaman toylara qadağa qoyula bilər".

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Oxu24.c0m azxeber.com-a istinadən bildirir ki, deputat toyların bağlanmasının əleyhinə olduğunu, amma zərurət yaranarsa, toyların da bağlanmalı olduğunu vurğulayıb:

"İndi yoluxmada sürətli artım gedir. Gündəlik müşahidə edirəm, testdən keçənlərin 20 faizə qədəri xəstələnir. Yoluxmanın artmasının da bir sıra səbəbləri var. Amma mən həmişə toyların bağlanmasının əleyhinə olmuşam. Çünki insanlar toy etməlidirlər. Toya gələnlər də vaksini olanlardır. Vaksinsizləri buraxmırlar. Polis yoxlanış da keçirir, vaksinsizləri tutulur, cərimələnir. Hətta toyda bəyin özünü də cərimələyiblər.

Deputat deyib ki, yoluxmanın əsas səbəbi araşdırılır:

"Hər halda artımın səbəbləri axtarılır, indi səbəb toy olsa, yəqin ki, toyları, iri tədbirləri dayandıracaqlar. Əgər toylar yoluxmanın artmasına çox təsir etmirsə, bağlamağa ehtiyac olmayacaq. İndi buna da Operativ Qərargah qərar verəcək. Amma onu bilmək lazımdır ki, sağlamlıq hər şeydən öndədir. Can sağlığığ toydan irəlidədir. Ona görə də, qərar verərkən sağlamlığı düşünmək lazımdır".

Qeyd edək ki, bu həftənin sonları Operativ Qərargahın brifinqi gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Bakıda ev YANIR
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var