Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60200
az

Yeni qərarlar barədə açıqlama: "Bu məhdudiyyətlər ola bilər.."

17:2128 Oktyabr, 2021
195
CƏMİYYƏT
  • A

Son həftələrdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxmalar artmaqda davam edir. Sağalanların sayı da yoluxanlardan aşağıdır. Bəzi xarici ölkələrdə epidemioloji vəziyyətin gərginləşməsindən sonra açıq havada maska qadağası bərpa olunub. Sözügedən qadağanın bizdə də yenidən tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bundan əlavə, həftəsonu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinin baş tutacağı və qapanmalara gediləcəyi barədə müxtəlif fikirlər səsləndirilir.

Mövzu ilə bağlı ölkə.az-a danışan professor, tibb eksperti Adil Qeybulla bildirib ki, yolxumaların artmasında əsas səbəb təmasların artmasıdır:

"Bildiyiniz kimi, məktəblər açılıb. Orta məktəblərdə və ali təhsil müəssisələrində artıq intensivləşən təmaslar mövcuddur. Xüsusilə auditoriyalar və sinif otaqları qapalı mühitdir və burada yoluxma potensialı da böyükdür. Bu gün virusun həm də gənclərdə və uşaqlarda da klinik əlamətlər nümayiş etdirməsi əlbəttə, yoluxma sayını, yoluxma potensialını xeyli artırır. Bütün bunlar dünya üzrə müşahidə edilir və ona görə də qadağalar, o cümlədən açıq havada maska qadağası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri ilə ayrı-ayrı ölkələrdə tətbiq olunur. Bu, həm də "delta" virusun yeni ştamının yoluxuculuğu ilə bağlıdır".

A.Qeybullanın fikrincə, Azərbaycanda da müəyyən qadağalar yenidən qüvvəyə minə bilər:

"Hər halda brifinqdə konkret olaraq hansı qərarların səsləndiriləcəyini birmənalı demək çətindir. Amma məntiqi görünən odur ki, müəyyən məhdudiyyətlər olacaq. Məsələn, kütləvi tədbirlərin, toyların müəyyən qədər təxirə salınması müşahidə edilə bilər. Təhsilin onlayn sistemə keçirilməsi - konkret sinif otaqlarının, yoxsa məktəbin bütövlükdə onlayn təhsilə keçirilməsi və s. ilə bağlı qərarlar ola bilər. Müəyyən məhdudiyyətlər təbii ki, olacaq".

Professor söyləyib ki, Azərbaycanda da açıq havada maska taxmaq zərurəti yeni qadağalar siyahısına daxil edilə bilər:

"Bu, epidemioloji vəziyyətdən asılı ola bilər. Artıq bütün dünyada kütləvi vaksinasiya gedir və xeyli yoluxanlar var. Bütün bunların fonunda yoluxmalar hələ də davam edir və bu, narahatlıq doğurur. Əlbəttə, qəbul edilən qərarların hamısı təhlükəsizlik məsələsidir. Bu baxımdan da qayadalara əməl etmək vacibdir. Əhalinin də buna anlayışla yanaşması məqsədəuyğundur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO