Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60159
az

269 nömrəli tam orta məktəbdə 18 nəfər koronavirusa yoluxub - Valideynlərdən həyəcan təbili

20:2227 Oktyabr, 2021
181
CƏMİYYƏT
  • A

Paytaxtın Xatai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 18 nəfər koronavirusa yoluxub.

Bir qrup valideynin Milli.Az-a verdiyi məlumata görə, yoluxmalarla bağlı 3 sinif karantinə alınıb. 

Bu səbəbdən övladlarının sağlamlığını düşünən valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər. 

Qeyd edək ki, Milli.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.

Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.

Ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda daha bir tələbə öldü - FOTO
Bazar gününün HAVA PROQNOZU açıqlandı
Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı