Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60151
az

Yas mərasimləri və qadağalarla bağlı AÇIQLAMA

19:0627 Oktyabr, 2021
978
REDAKTORUN SEÇİMİ
  • A

Hazırda Azərbaycanda bir çox hallarda yas mərasimlərinin təşkili müşahidə olunur. Lakin pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər bu gün də qüvvədədir.

Oxu24.com  xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib.

O, bütün dünyada kütləvi tədbirlərə məhdudiyyətlərin qoyulmasına diqqət çəkib:

"Dünya ölkələrində olduğu kimi Azərbaycanda da qlobal problemlərdən biri koronavirus pandemiyasıdır. Artıq iki ilə yaxındır ölkədə pandemiya ilə bağlı ciddi mübarizə tədbirləri görülür.

Bu səbəbdən kütləvi toplantıların və tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər var”.

Böyük kütləviliyi ilə seçilən, sosial məsafənin təmin edilməsi az qala qeyri-mümkün olan yas mərasimləri virusun daha çox insan arasında yayılması ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, özünü və cəmiyyəti qorumaq məqsədilə hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etməsi zəruridir”.

Oxu24.com

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var