Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5989
az

Nişanlısı başqası ilə qaçdı, 15 yaşlı baldızını aldı, sonra... - Azərbaycanda İNANILMAZ OLAY

15:5910 Oktyabr, 2018
1400
KRİMİNAL
  • A
Oğuz rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Abit Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Abit Mərdanov on altı yaşına çatmayan qızla ailə həyatı qurub. O, 1999-cu il tarixdə anadan olmuş Samirə Məmmədova (Cinayət işində zərərçəkmişin, onun ailə üzvlərinin ad və soyadları şərti verilib - red.) ilə könüllü olaraq 25 avqust 2014-cü il tarixdə rəsmi nikaha girmədən toy etdirib.

Toy gecəsi seksual hərəkət

Abit qeyd olunan tarixdə yaşadığı Oğuz rayon Muxas kəndində yerləşən evdə Samirə ilə cinsi əlaqədə olub.

Bundan sonra Abit Samirənin on altı yaşının tamam olduğu 25 iyun 2015-ci il tarixədək onunla mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Abit Mərdanovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Sevdanın başqa oğlanla qaçmasını dedilər”

Təqsirləndirilən şəxs qismində ifadə verən Abit Mərdanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, 2013-cü ildə Samirənin bacısı Sevda ilə ailə qurmaq məqsədi ilə nişanlanıb: “Hər iki tərəfin valideynlərinin razılığı ilə mənimlə Sevdanın toy məclisinin tarixləri təyin edildi, qız toyunun 14 avqust 2014-cü il tarixdə, oğlan toyunun isə 25 avqust 2014-cü il tarixdə keçiriləcəyi müəyyən edildi. Avqustun 14-də Sevdanın qız toyu oldu. Sentyabrın 23-də isə Sevdanın anası Sahibə və atası Sahib bizim yaşadığımız evə gəldilər. Onlar Sevdanın başqa bir oğlana qoşulub qaçması barədə məlumat verdilər”.

“Bacısı ilə ailə qurmağı təklif etdi”

Abit Mərdanovun ifadəsinə görə, çıxılmaz vəziyyətdə qaldıqlarından qardaşı Səyavuş Sevdanın əvəzinə onun kiçik bacısı Samirə ilə ailə qurmasını təklif edib: “Bu təklifə həm ailə üzvlərim, həm də Samirənin valideynləri razı oldu. Mən də onların bu təklifi ilə razılaşdım”.

“İcra orqanına müraciət etdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 25-də Oğuz rayonu Muxas kəndində Samirə ilə onun toy məclisi olub: “Həmin gün, yəni toy gecəsi Samirənin razılığı ilə onunla cinsi əlaqədə oldum. Samirə ilə qeyri-rəsmi nikahımdan 20 dekabr 2015-ci il tarixdə Xəyyam, 24 fevral 2017-ci il tarixdə Sadiq adlı iki övladım dünyaya gəldi. Müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uşaqların atası olduğumu etiraf etdim, atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən həmin uşaqların atası hesab edildim. Samirə ilə ailə qurarkən onun nikaha daxil olmaq üçün yaş həddi çatmadığına görə onunla rəsmi nikaha girməmişəm”.

“Seksual hərəkətlər etməmişəm”

Abit Mərdanov bildirib ki, Samirə ilk dəfə avqustun 25-də yaşadığı evdə cinsi əlaqədə olarkən, onun bakirəliyini özünün razılığı ilə pozub: “Samirənin 16 yaşı tamam olana qədər mütəmadi olaraq onunla təbii və qеyri-təbii yоllа cinsi əlaqədə olmuşam. Samirə ilə onun özünün istəyi və razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğum vaxt onun iradəsi ziddinə heç bir hərəkət etməmişəm, hər hansı fiziki və psixi zor tətbiq etməmişəm, ona qarşı zorla seksual xarakterli hərəkətlər etməmişəm”.

“Narazılığa görə ayrılmaq qərarına gəldik”

Abit Mərdanov qeyd edib ki, 2017-ci ilin əvvəllərində Samirə ilə aralarında yaranan narazılıqlara görə ondan ayrılmaq qərarına gəlib: “Biz 2017-ci ilin mart ayının sonlarında ayrıldıq. Həmin vaxtdan Samirə valideynləri ilə birlikdə yaşamağa başladı. Samirə ilə ailə qurarkən onun on altı yaşının tamam olmadığı barədə məlumatım olub. Ancaq bunun hüquqi cəhətdən digər nəticələrə səbəb olacağını düşünməmişəm”.

“15 yaşım olduğunu bilib”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Məmmədova bildirib ki, Abit Mərdanovla əvvəllər münasibətləri normal olsa da, sonradan Abitin ona və ailəyə qarşı münasibətlərində laqeydlik, saymazlıq yaranıb: “2017-ci il martın 24-də Abit məndən ayrılmaq istədiyini dedi. Həmin vaxtdan Abitdən ayrılaraq öz valideynlərimlə birlikdə yaşamalı oldum. Abitlə ailə qurarkən mənim 15 yaşım olduğu barədə Abitin və valideynlərinin məlumatı olub”.

“Şikayətçi deyiləm”

Samirə Məmmədovanın sözlərinə görə, nikaha daxil olmaq üçün müvafiq yaş həddinə çatandan sonra Abitin onunla nikahını rəsmiləşdirmək istəməyib: “Eyni zamanda öz uşaqlarına maddi yardım etməkdən müxtəlif bəhanələrlə yayınıb. Mənə toy günü hədiyyə şəklində verilmiş qızıl zinət əşyalarını və digər əmlakları alaraq geri qaytarmaqdan imtina etməsi də Abitin ailə münasibətlərində mənə qarşı qeyri-səmimi olduğunu göstərir. Bir müddət mənimlə yaşadıqdan sonra ayrılmağı Abitin bunu əvvəlcədən planlaşdırdığını bir daha təsdiqləyir. Bunlаrın hаmısınа bаxmаyаrаq hazırda Abit Mərdanovu bağışlamamışam. Ondan şikayətçi deyiləm. Hesаb edirəm ki, Аbit Mərdаnоvun həbsdə qаlmаsındаn аzаdlıqdа оlmаsı özüm və uşаqlаrım üçün dаhа xeyirdir. Аbit аzаdlıqdа оlаrsа, yəni həbsdən аzаd edilərsə, vаxtı-vаxtındа uşаqlаrının аlimentini ödəyər və uşaqların qаyğısınа qаlаr”.

1 il 6 ay həbs

Oğuz rayon Məhkəməsinin hökmü ilə Abit Mərdanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində istintaq dövründə seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib, cəzasının əvvəli 5 iyun 2018-ci ildən hesablanıb.

Hökmdən narazı qalan Abit Mərdanov apelyasiya şikayəti verib. O, günahsiz olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət etdi, azad olundu

Abit Mərdanovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elçin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Abit Mərdanovun şikayəti qismən təmin olunub.

Abit Mərdanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Məhkəmənin qərarı ilə Abit Mərdanovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi