"Elmlər Akademiyası" stansiyasının yaxınlığında yanğın olub.
Femida.az xəbər verir ki, yanğın Hüseyn Cavid prospekti, məhəllə 556/557 ünvanında yerləşən "Qoç ət" restoranında baş verib.
Belə ki, restoranın artırma hissəsində tavan ilə dam örtüyü arasında ventilyasiya qurğusunun mühərrik hissəsi alışıb və tütülənib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Xəsarət alan yoxdur.
Oxu24.com
ŞƏRHLƏR