Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59612
az

Bakıda dəhşətli qəzaya düşən avtobusun sahibindən açıqlama: Ölənlərin əksəriyyəti...

12:3713 Oktyabr, 2021
1626
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün səhər saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.

Oxu24.com  xəbər verir ki, Publika.az-a açıqlama verən, avtobusun məxsus olduğu 171 saylı marşrut xəttini istismar edən "Ayşən LTD" şirkətinin rəhbəri İradə Əliyeva hadisəyə yük avtomobilinin səbəb olduğunu bildirib. O qeyd edib ki, qəzada vəfat edənlərin əksəriyyəti yolun kənarındakı dayanacaqda və oradakı köşkün önündə dayanan şəxslər olub: "Bizim avtobuslar qaraj şəraitində saxlanılır, texniki baxış keçirilir, hər gün səhər sürücülər tibbi müayinədən keçiriləndən sonra xəttə çıxırlar. Hadisə vaxtı avtobusu idarə edən sürücü də təcrübəli əməkdaşlarımızdandır. O da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Avtobusu vuran yük maşınını 19 yaşlı şəxs idarə edirmiş. Pandemiya səbəbindən sərnişindaşıma şirkəti kimi vəziyyətimiz çox ağır idi, bu hadisə də bir zərbə oldu".

Qeyd edək ki, hadisə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh qəsəbəsi istiqamətinə hərəkət edən "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 nömrə nişanlı sərnişin avtobusuna eyni istiqamətində hərəkət olan 99 DH 343 dövlət qeydiyyat nişanlı "Mercedes” markakı yük avtomobilinin çırpılması nəticəsində baş verib. Nəticədə avtobus yolun kənarındakı dayanacaq ərazisinə aşıb. İlkin məlumata görə 5 nəfər ölüb, 20-dən çox şəxs isə xəstəxanalara yerləşdirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan 18 yaşlı Hüseynlə bağlı ŞOK - Görün kimin qardaşı imiş
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü-Foto
Qar yağacaq - PROQNOZ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO