Mingəçevirdə intihar hadisəsi olub.
Oxu24.com bildirir ki, hadisə gecə saatlarında "Energetik" yaşayış massivinə daxil olan "Vaqon şəhərcik" adlanan ərazidə baş verib.
Gənc Məmmədov Əli Rəsul oğlu Qarabağ kanalının sahilində özünü silahla vuraraq öldürüb.
O, avtomatik silahla çənə nayihəsinə iki dəfə atəş açıb və yerindəcə ölüb. Meyit tibbi ekspertiza məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinə aparılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil. Oxu24.com
ŞƏRHLƏR