Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5954
az

Sabahın hava proqnozu açıqlanıb

21:4909 Oktyabr, 2018
722
CƏMİYYƏT
  • A
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 10-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəri ayaqqabıların ömrünü necə uzatmaq olar?
Qanuni oğru Mihrəliyev ÖLÜ TAPILDI -Bir neçə sui-qəsd cəhdindən sağ çıxıbmış...
Hüseyn Leyla Əliyeva ilə bir arada -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Narkokuryerlikdə şübhəli bilinən qadın saxlanıldı