Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5950
az

Eks-nazir Fazil Məmmədov Azərbaycana qayıda bilmir - Səhhəti imkan vermir

17:4109 Oktyabr, 2018
809
SİYASƏT
  • A
Türkiyədəki "American Hastanesi”ndə müalicəsini başa vuran eks-vergilər naziri  Fazil Məmmədovun qardaş ölkədəki məşhur "Çırağan Palace”da istirahət etdiyi barədə bir müddət əvvəl xəbər vermişdik.


Türkiyədəki mənbə onun bir neçə ay oteldə qalacağını vurğulayırdı. F.Məmmədovla bağlı əldə etdiyimiz sonuncu məlumata görə, sabiq nazirin səhhəti tam olaraq, normallaşmadığından Azərbaycana qayıda bilmir.


Belə ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlərsə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər...

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı