Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5932
az

Cinsiyyətin dəyişən azərbaycanlı oğlandan ŞOK açıqlama: " Əməliyyatı Türkiyədə etdirdim..."

11:4909 Oktyabr, 2018
2224
CƏMİYYƏT
  • A
 Küçədə, nəqliyyatda rastlaşdığımız o tipləri mütləq fərqli mimikalarla seyr edirik. Fərqli seyrçiliyin içində həm qəzəb, həm etiraz, həm də acımaq var.

Onların özləri isə cinsiyyətlərini dəyişdiklərinə görə məmnun görünürlər. Lakin cəmiyyətin münasibətindən dolayı onlar həm də dərin psixoloji bataqlığın içindədirlər.

Azərbaycanda cinsini dəyişən insanların sayı az deyil. Bununla bağlı rəsmi statistika olmasa da, bu əməliyyatlarda iştirak etmiş cərrahların açıqlamaları belə deməyə əsas verir ki, ölkədə cinsini dəyişənlər az deyil.

Digər bir məsələ isə cinsiyyəti dəyişəndən sonra həmin şəxslərin ad-soyadının dəyişdirilməsi prosedurudur.

Əvvəli oğlan olan Nihalın hekayəsi

Oxu24.com  xəbər verir ki, cinsiyyətini dəyişənlərdən biri də Nihal Əliyevadır. Nihal Əliyeva modern.az saytına açıqlamasında deyib ki, cinsini dəyişdirmək üçün əməliyyatı Türkiyədə etdirib.

Onun sözlərinə görə, Azərbaycana qayıdıb ad-soyadımı dəyişməklə bağlı müraciət etdikdə, birbaşa cavab verməyiblər.


"Amma ən yaxın dostlarım olan Günay, Nuray cinsiyyətlərini dəyişəndən sonra çox rahat şəkildə ad-soyadlarını da dəyişiblər. Bilirsiniz, Türkiyədə xəstəxananın bizə verdiyi kağız var. O kağız bunun üçündür ki, şəxs rəsmi şəkildə psixoloqlardan keçərək, cinsdəyişdirmə əməliyyatında olub.  Biz həmin kağızı Azərbaycana gətirib öncə notariusa təqdim edirik. Notarius da Azərbaycan dilində sənədin keçərli olduğunu təsdiq edir. Sonra həmin sənədi götürüb  aid olduğun  bölgəyə üz tutursan. Hamının ata-anasının nikah bağladığı rəsmi yer var. Cinsiyyətini dəyişən şəxslər doğum haqqında şəhadətnaməni dəyişmək üçün həmin idarəyə baş vurur"- Nihal Əliyeva bildirir.  

Onun sözlərinə görə, cinsiyyətini dəyişən şəxsin ilk işi doğum haqqında şəhadətnaməni yeniləmək olur.

"Bu zaman yeni doğum şəhadətnaməsi verilir. Belə deyək də, hər şey sıfırdan başlayır. Tanıdığım o qədər azərbaycanlı rəfiqələrim var ki, mənimlə eyni yoldadır. Onlar da rəsmi qaydada doğum haqqında şəhadətnamədən tutmuş, şəxsiyyət vəsiqəsinə qədər dəyişdirib"- Nihal deyib.

Nazirlik qadağanın olmadığını deyir

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən də mövqe aldıq. Nazirlikdən bildirilib ki, qanunvericilikdə cinsiyyətin dəyişdirilməsi ilə bağlı nə qadağanedici, nə də tənzimləyici norma var:

"Sadəcə, təcrübədə kimsə cinsini dəyişəndən sonra gedib şəxsiyyət vəsiqəsini dəyişdirir. Bununla bağlı biz hər hansı bilgiyə sahib deyilik. Çünki şəxsiyyətin dəyişdirilməsinə biraşa Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport və Qeydiyyat İdarəsi baxır".

Lakin mövzu ilə bağlı DİN-dən açıqlama almaq istəsək də, suallarımız cavablandırılmadı.

Həkimlər bir-birini təkzib edir?

Tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev qeyd edib ki, pasiyentləri arasında cinsiyyətini dəyişmək istəyənlər olur. Həkim bunun səbəblərindən də söz açıb:

"Təbii bunun müxtəlif səbəbləri var. Psixoloji faktorlar da var. Eyni zamanda hormonol dəyişikliklərin gətirdiyi cinsiyyətindən imtina da ola bilər. Hətta, ailə tərbiyəsinin də burada rolu var. Ola bilsin ki, hansısa şəxs uşaq vaxtı hər hansı cinsi təcvüzə məruz qalıb. O da sonda cinsiyyətini dəyişməsinə gətirib çıxarır.

Azərbayanda cinsiyyətini dəyişmə halları olur. Amma bu çox azdır. Kütləvi deyil. Cinsiyyətini dəyişməyə meyllilik psixoloji durumla bağlıdır".

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli isə saytımıza deyib ki, ölkədə cinsiyyətini dəyişməklə bağlı əməliyyatlar aparılmır.

"Ancaq anomaliyalı qüsurlu doğulan adamlarda əməliyyat aparıla bilər. Məsələn, dünyaya cinsiyyətsiz gələn uşaqlar olur. Bu zaman onların cinsiyyətini müəyyənləşdirmək çətin olur. Ona görə də dünyaya gələn şəxsin genetik xüsusiyyəti müəyyənləşəndən sonra əməliyyat həyata keçirilir.

Amma Azərbaycanda cinsiyyəti dəyişmə əməliyyatı aparılmır. Həmçinin, qadağa  da yoxdur. Sadəcə, bizim mentalitetimizə uyğun deyil. Ümid edirəm ki, bundan sonra da olmaz.  Bu psixoloji problemlə bağlı bir şeydir. Əməliyyat prosesi heç də asan deyil. Ölüm riski yüksəkdir. Lakin həkimə müraciət edən bütün xəstələr də əməliyyat edilmir. Əvvəlcə müraciət edən şəxsin sağlamlıq vəziyyəti yoxlanılır. Ümumi analizlər alındıqdan sonra, müraciət edən qadın və ya kişinin həm psixiatr müayinəsinin, həm də psixoloq müayinəsinin cavabları alınır. Hər iki həkim şəxsin ruhi-əqli vəziyyətinin, psixoloji durumunun tamamilə yerində olduğuna dair arayış verməlidir. Amma biz bu cür xəstələrə transseksualizm diaqnozu qoyuruq. Bəzən də elə olur ki, cinsini dəyişmək üçün müraciət edən şəxslərə qarşıdakı prosesləri danışırıq. Çox vaxt onlarla söhbət etdikdən, əməliyyatın ağırlığını bildikdən sonra istəklərindən vaz keçirlər".

Vaqif Qələndərli qeyd edir ki, Azərbaycanda cinsiyyətini dəyişmək istəyən kişilərin sayı, qadınların sayından daha çoxdur.

"Qadınlar bəzən bu vəziyyəti etiraf etməyə çəkinirlər. Ümumilikdə keçən il belə müraciətlərin sayı çox olub".

Dünya "cinsi"nə qısa baxış

Amerika Plastik Cərrahlar Birliyinin hesabatında göstərilib ki, ABŞ-da 2016-cı ildə cinsini dəyişənlərin sayı bir əvvəlki ilə nisbətən 20 faiz artıb.

Dünya ölkələrinin üçdə-birində gender dəyişikliyinin pasportda qeyd olunmasına icazə verilir.

Dünyanın 4 ölkəsində - Argentina, Norveç, İrlandiya, Danimarkada bu, tam leqaldır. Burada heç bir məhdudiyyət nəzərdə tutulmur. Həmin ölkələrdə hər hansı bir dəyişiklik etmək sadəcə fərdin tələbinə əsaslanır.

İran hökumətinin apardığı rəy sorğusuna əsasən, bu ölkədə hər il 300-400 nəfər cinsini dəyişmək üçün əməliyyat olunur...

Günün təklif olunan videosu

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Palmali”nin gəmisi 600-dək miqrantı dənizdə batmaqdan xilas etdi
Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
SON DƏQİQƏ! İcra Hakimiyyəti gecə saatlarında açıqlama yaydı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi