Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59297
az

Iran Azərbaycanla görün niyə düşmənçilik edirmiş - Şok səbəb

20:1207 Oktyabr, 2021
1894
  • A
İran İslam Respublikası yarandığı gündən qonşu ölkələrlə ticarət əlaqələrində daha çox qaçaqmalçılığa üstünlük verib. Qeyri-rəsmi mənbələrin dediyinə görə, İranda qeydiyyata alınmayan çox sayda gömrük məntəqələri var. Bu məntəqələrdə yığılan rüsumlar İranın doktrinasının transformasiyasına xərclənir. Bu da sirr deyil ki, İran qaçaqmalçılıq yolu ilə əldə edilən külli miqdarda pulu dünyanın müxtəlif ölkələrində pozuculuq işləri və öz ideyalarının həyata keçirilməsi üçün xərcləyir. Bu dövlət məhz Fələstində, İraqda, Yəməndə, Livanda öz ardıcıllarını bu yolla əldə edilmiş vəsaitlər hesabına maliyyələşdirir. Hətta deyilənlərə görə, vaxtilə İran kəşfiyyat orqanı olan ETTELAAT özünü maliyyələşdirməyə keçən zaman Əfqanıstandan narkotrafiki müşayiət edirdi. Eyni zamanda bir vaxtlar PKK terror qruplaşması ilə ETTELAAT-ın əməkdaşlığı da bu qanunsuz ticarət üzərində qurulmuşdu. Azərbaycan torpaqları işğal altında olarkən də hazır sistem üzrə işləyən İran hakimiyyəti burada qanunsuz əməllər törədib. Bu, 44 günlük müharibədən sonra çılpaqlığı ilə ortaya çıxdı. Məlum olub ki, İran Azərbaycan torpaqlarında narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və onun ixracı ilə məşğul olub. Azərbaycan işğala son qoyandan sonra həm burada fəaliyyət göstərən iri şirkətlərin ayağını kəsdi, həm də İrana məxsus 100-ə qədər şirkətin fəaliyyətini dayandırdı. İndi isə bu qanunsuz əməllər İran hakimiyyətini ciddi şəkildə narahat edir. Bu narahatlıq da İran-Azərbaycan münasibətlərində gərginliyin artmasında özünü göstərir. Qaçaqmalçılıq dövlət orqanlarının nəzarətində yayılan qanunsuz əməldir. Burada cinayət yolu ilə əldə edilmiş milyonlarla var-dövlət mənimsənilir. Bu, eyni zamanda İran hakimiyyətinin qonşu dövlətlərdə öz niyyətini həyata keçirmək üçün sərf olunur. Deməli, İran işğal altında olan Azərbaycan torpaqlarındakı qanunsuz əməlləri ilə xeyli sayda vəsait əldə edib. Bu vəsaitlə Ermənistana kömək edib, hətta torpaqların işğal altında qalmasına yardım etməsi də istisna edilmir, deyərdim, bu ehtimal daha böyükdür. Artıq dəngələr dəyişib, Azərbaycan bu torpaqlarda öz suveren hüquqlarını bərpa edib. Bu səbəbdən Azərbaycan torpaqlarından İranın çirkin maraqları da təmizlənib. Bu təmizlənmə Ermənistanla yanaşı, İranda da qıcıq yaradır. Məlum olduğu kimi, İranda bütün sahələrə İran İnqilab Keşikçiləri Qvardiyası nəzarət edir. Həmin Qvardiya Araz sahillərində Qaradağ mahalına yaxın ərazilərdə hərbi təlimlər keçirir. Belə çıxır ki, Azərbaycan öz torpaqlarından Qvardiyanın (SEPAH) ayağını kəsib. Qeyd edək ki, SEPAH ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb. Bu səbəbdən Azərbaycana qarşı son günlər kəskinləşən kampaniyanın başında da qaçaqmalçıların və İnqilab Keşikçiləri Qvardiyasının durduğu istisna edilmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Qırmızı dodaqlı yarasa balığı - Heyvanlar aləmi

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Əziz Orucovun    ittihamı   yüngülləşdirildi