Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59268
az

Azərbaycanda yüksək vəzifəyə təyinat olub - FOTO

12:1307 Oktyabr, 2021
806
REDAKTORUN SEÇİMİ
  • A

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə yeni üzv təyin olunub.

Oxu24.com  xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Murad Əhmədov Agentliyin İdarə Heyətinin üzvü təyin edilib.

Qeyd edək ki, Murad Əhmədov 1999-2001-ci illərdə Xəzər universitetində təhsil alıb. 2001 - 2002-ci illərdə “Amrahbank” ASC-də, 2002 - 2005-cü illərdə Mərkəzi Bankda, 2005 - 2006-ci illərdə “KPMG Azerbaijan Limited”, 2006-2012-ci illərdə "Ernst Young"-da auditor, 2012-2015-ci illərdə “Pasha Holding”də, 2018-2020-ci illərdə “LU-MUN Holding”də, 2020-2021-ci illərdə “Azerbaijan Poultry Company” MMC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Hal-hazırda isə “Azmade Group” MMC-də İdarə Heyətinin üzvü vəzifəsində çalışır.

Xatırladaq ki, Agentliyin Nizamnaməsinə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmə prosesində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

TKTA-nın işinin təşkili, funksional idarəçiliyin həyata keçirilməsi, Agentliyin səmərəli idarə olunması, şəffaf və çevik təşkilati strukturun qurulması,İdarə Heyətinin üzvləri arasında işəgötürənlərin bir nəfər ictimai əsaslarla fəaliyyət göstərəcək nümayəndəsinin olmasının və İdarə Heyəti səlahiyyətlərinin effektiv və funksional həyata keçirilməsinin təmin edilməsi olduqca vacib hesab olunur.

Murad Əhmədovun təyinatı ilə Agentliyin İdarə Heyəti üzvlərinin sayı tam şəkildə formalaşdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qar yağacaq - PROQNOZ
Bu günün valyuta məzənnələri
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO