Xəbər verdiyimiz kimi, Qəbələdə suriyalı ailənin kirayə qaldığı evdə yanğın baş verib. Nəticədə evin 23 yaşlı qızı yanaraq ölüb, 6 nəfər isə xəsarət alıb.
Oxu24.com xəbər verir ki, ARB TV yanğın anının görüntülərini yayıb.
Qeyd edək ki, yanğın zamanı 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb.
Evdə olan digər ailə üzvləri - 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR