Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov döyüşdən sonra davanı Konor Makqreqorun komandasının əməkdaşı Dilon Denisə görə edibmiş.
Oxu.Az xəbər verir ki, bu haqda şərhçi Co Roqan bildirib.
“Onun nə dediyini eşidə bilməzdim. Amma aydın idi ki, Dilon Həbibi təhqir etdi və təxribata çəkdi... Öz gözlərimə inanmadım. Düşündüm ki, Həbib sadəcə ona baş qoşmayacaq”.
Şərhçi həmçinin onu da bildirib ki, Nurməhəmmədov bir neçə dəfə hakim Herb Dinə Makqreqorun qaydaları pozmasına dair xəbərdarlıq edib
Qeyd edək ki, Həbib Nurməhəmmədov Konor Makqreqorla görüşdə qalib elan edilsə də, ona kəmər oktaqonda təqdim edilməyib. Oxu24.com
ŞƏRHLƏR