Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58770
az

SON DƏQİQƏ! Rəsmən xəbərdarlıq edildi: Oktyabrın 1-dən etibarən tələb olunacaq

08:3321 Sentyabr, 2021
2261
OXU24 TV
  • A

Koronavirusa qarşı birinci dozanı vurduran taksi sürücüləri gələn ayın əvvəlinədək ikinci dozanı da vurdurmalıdır. İkinci dozanı vurdurmayan sürücülərə qarşı polis əməkdaşları tərəfindən yoxlamalar həyata keçiriləcək. Belə hallar aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcək. Daxili İşlər Nazirliyi bununla bağlı sürücülərə xəbərdarlıq edib.

Oxu24.com  xəbər verir ki, oktyabrın 1-dən taksi sürücülərindən də ikinci doza peyvənd olunmasına dair COVID 19 pasportu tələb olunacaq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbəs rəisi Elşad Hacıyev XəzərXəbər-ə bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər mütləq qaydada koronavirusa qarşı peyvəndin 2-ci dozasını da qəbul etməlidirlər. Onun sözlərinə görə sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma xidməti göstərə bilərlər.

Taksilərdən kütləvi şəkildə istifadə olunması sürücülərin və sərnişinlərin virusa yoluxma riskini artırır. Sürücülər deyir ki özlərini və sərnişinləri qorumağın ən effektiv yolu peyvənd olunmaqdır.

Elşad Hacıyev qeyd etdi ki, 2-ci doza vaksini vurdurmayıb taksi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ev belə partladı - VİDEO
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin