Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58765
az

Bədəndəki bu yaraları mütləq həkimə göstərmək lazımdır - Evdə müalicə olmaz

23:0420 Sentyabr, 2021
1209
CƏMİYYƏT
  • A

Bəzən bədəndə elə yaralar olur ki, qısa müddətdə insanın ölümünə səbəb ola bilər.

Xəstə isə yaranı əhəmiyyətsiz sayıb, yodla, mazla sağalacağını güman edir.

OXU24.COM xəbər verir ki, məşhur həkim Komarovskiy təcili həkimə göstərilməli yaralardan danışıb.

"İlk növbədə yarım saat ərzində qanaxması kəsməyən yaralarda təcili tibbi yardıma getmək lazımdır. Qanı 15 dəq ərzində kəsə bilmədizsə, vaxt itirməyin.

Kəsik, yara yerində güclü ağrı, dəhşətli qızarma, hissiyatın itməsi, keyimə də təhlükəli əlamətdir.

2 sm dərinliyi olan və ucları bir-birindən 7 mm aralı olan yaralar cərrahi tikilməlidir.

İt və küçə heyvanı dişləməsi, paslı dəmir, mismar, iş aləti kəsilməsi yaralarında da təcili xəstəxanaya getməli və müvafiq zərdab iynə vurulmalıdır.

Yaranın içində gözdən qalmış yad cisim, dəmir ucluq, şüşə və s. sonradan irinləməyə səbəb olur. Yara bitişsə də, bəzən o cisim qalır.

Mütləq onlar çıxarılmalıdır.

Yaranı evdə müalicə etməyə çalışdıqda, yaranın ətrafı qızarıb şişibsə və istidirsə, təcili cərraha gedin. Bu ikincili infeksiyadır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qobustanda narkotikə görə 2 nəfər saxlanılıb