Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58703
az

Güclü tərbiyə metodu: çoxlu sevgi və lazımi qədər məhdudiyyət

20:4519 Sentyabr, 2021
799
  • A

Psixoloqların nəzərinə görə, bütün uşaqları eyni cür tərbiyə etmək qeyri-mümkündür. Digər işlər kimi, bu da kimi eyni qayda və qanuna malik deyildir. Hər halda uşaqların tərbiyəsi üçün ümumi tərbiyə yolları vardır ki, valideynlər onunla tanış olmalıdır.

Tədqiqatçılar 4 tərbiyə üsulunu bəyan edirlər:

1. Az sevgi və az məhdudiyyət.

2. Az sevgi və çox məhdudiyyət.

3. Çox sevgi və az məhdudiyyət.

4. Çox sevgi və çox məhdudiyyət.

Valideyn övladını tərbiyə edən zaman mötədil olmalıdır, bəzən ifrat və təfrit də edə bilər. Əgər siz uşaqlarınıza çoxlu sevgi bəsləyirsinizsə, bu tərbiyə üsuluna uyğun olaraq gərək uşaqlarınızla çoxlu söhbət edəsiniz. Əgər onlara çox vaxt ayırırsınızsa, onlarla məntiqli rəftar edin. Hər bir valideyn bu 4 üsuldan birini seçməli və ona uyğun da rəftar etməlidir.

Tədqiqat göstərir ki, çoxlu məhəbbət və məhdudiyyət az məhəbbət və məhdudiyyətdən daha yaxşı üsuldur. Çünki o zaman ki, sevgi və məhdudiyyət az olar, uşaqların şəxsiyyət səviyyəsi də aşağı olar. Valideynlərin bir çoxu öz rahatlıqlarını düşünürlər. Ona görə də onların əksər hissəsi ikinci üsuldan daha çox istifadə edirlər.

Ancaq bəzən valideyn öz tərbiyə üsulunu dəyişə bilər. Belə ki, övladı sözə qulaq asmayan və ciddi problemlər yaradan zaman, daha çox sərt rəftar etməlidir. O zaman ki, uşaqlarınız hansısa bir işi görməlidir, məsələn yuxusunun vaxtı çatıbdır, gərək yatmaq üçün hazırlaşsın. Bu zaman onlarla mötədil şəkildə rəftar edin. Ya məsələn işdiyi suyu ağzından tüpürən zaman bir qədər laqeyd olmaq lazımdır. Uşaq elə fikirləşsin ki, sanki siz onun bu işi təsadüfü gördüyünü hesab edirsiniz. Belə olan zaman ona qışqırmayın və tənbeh etməyin. Çünki əgər uşaq belə reaksiya ilə qarşılaşarsa, həmin əməli yenidən təkrar edəcəkdir.

Valideyn bilməlidir ki, bu dörd tərbiyə üsulunu şəraitdən asılı olaraq dəyişə bilər. Yəni, heç bir tərbiyə üsulunu əvvəlcədən təyin edib axıra qədər onunla tərbiyə vermək mümkün deyildir.

Hər halda övladlarınızı sevin və müxtəlif şəraitlərdən asılı olaraq mötədil, ifratçı və təfritçi olun.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı