Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58432
az

ÜST-dən qorxunc proqnoz

20:4912 Sentyabr, 2021
905
  • A

Bütün dünyada yoluxma hallarının artmasının bir nömrəli səbəbi olaraq göstərilən "delta" ştammı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəmindədir.

OXU24.COM publika.az-a istinadən xəbər verir ki, COVID-19-un yeni variantları ÜST-nin Avropa üzrə direktoru Hans Klugenin peyvəndlərlə bağlı fikirlərini dəyişib.

Təşkilatın Avropadakı səlahiyyətli nümayəndəsi əhalinin 70 faizinin iki doza peyvənd olunması ilə pandemiyanın sona çata biləcəyini bildirmişdi, ancaq o, çıxışında bədbin ifadələrə yer verib.

"Daily Mail" nəşrində yer alan xəbərə görə, H.Kluge peyvəndlərin yeni variantlar səbəbilə pandemiyaya son qoymayacağını söyləyib. Ölkə rəhbərlərini peyvənd strategiyalarına yenidən baxmağa çağıran Kluge ortaya çıxan yeni variantların kütləvi toxunulmazlığı perspektivini zəiflətdiyini qeyd edib.

O, yeni COVID-19 ştammlarının ortaya çıxmağa davam edəcəyini və virusun qrip kimi bizimlə qalacağını söyləyib.

Digər tərəfdən, dünyada koronavirusa qarşı tətbiq olunan peyvəndin ümumi miqdarı 5 milyard 660 milyon dozadan çoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib