Veysəloğlu MMC Maliyyəçi-Analitik vəzifəsinə işçi axtarır.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.
Vəzifə öhdəlikləri:
- İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
- Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
- Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
- İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
- Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək
Tələblər:
- Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
- Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
- Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
- Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
- Analitik və strateji baxış bacarıqları;
- Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
- Yüksək səviyyəli analitik bacarıqlar;
- Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
- Rus və ingilis dili biliyi;
- MS Office kompüter proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- Endirimli tibbi xidmət
- Əmək müqaviləsi
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyəçi-Analitik” yazaraq CV göndərməklə müraciət edilir.
Oxu24.com
ŞƏRHLƏR