Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Oxu24.com xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 4 komanda iki cütlüyü formalaşdırıb.
İştirakçılar "səpələnmiş" və "səpələnməmişlər" səbətlərinə bölünməyib, bütün komandalar bir-birinə rəqib olmaq imkanına sahib olub. Püşk son iki mövsümün qalibi "Real"ı "Bavariya” ilə üz-üzə qoyub. "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Liverpul” isə "Barselona"nın qənimi "Roma" ilə qarşılaşacaq.
Bu gün həmçinin Çempionlar Liqasının mayın 26-da Kiyevdəki "Olimpiya" stadionunda keçiriləcək final matçının nominal ev sahibi də müəyyənləşib. Püşk nəticəsində finalın nominal ev sahibi "Bavariya" - "Real" cütünün qalibi olub.
Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal
24-25 aprel - 12-may
Bavariya (Almaniya) - Real (İspaniya)
Liverpul (İspaniya) - Roma (İtaliya)
Final
26 may
Bavariya//Real - Liverpul//Roma Oxu24.com
ŞƏRHLƏR