Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5819
az

"Cocuq Mərcanlı" brendinin loqosundakı simvolların mənası nədir?

09:3805 Oktyabr, 2018
746
CƏMİYYƏT
  • A
 Böyük qayıdışın ilk addımı olan Cocuq Mərcanlı artıq eyni adlı bir brendə çevrilib.

İqtisadiyyat Nazirliyi və Türkiyə səfirliyinin birgə fəaliyyəti ilə Cocuq Mərcanlı adı altında yeni brend yaradılıb. Brendin loqosunu yaradan Hüseyin Büyükfirat bu təşəbbüsün təfərrüatlarını "Xəzər Xəbər"ə danışıb. O, Cocuq Mərcanlı brendinin loqosundakı simvolların mənasını da açıqlayıb.

Xezerxeber.az bildirir ki, aşağıdan çəkilən xətt torpağı, üzərindəki insanlar Azərbaycan və Türkiyə xalqının birliyini, yaşıl yarpaqlar isə abadlıq və inkişafın işarəsidir.

Brendin yaradıcısı Hüseyin Büyükfırat bildirir ki, məqsəd Cocuq Mərcanlı əhalisinə, eyni zamanda Azərbaycanın haqlı davasına dəstək olmaqdır.

Hüseyin Büyükfırat bildirir ki, Cocuq Mərcanlı brendi layihəsi çərçivəsində loqonu bütün dünyada tanıtmağı qarşıya hədəf qoyublar. Bu brendin loqosunun arxasında isə Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məlumatlar qeyd olunacaq.

"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin sədri Huseyn Buyukfirat qeyd edir ki, Cocuq Mərcanlıda istehsal olunan kənd təsərrüfatı məhsulları artıq supermarketlərdə yeni loqo ilə satılmaga baslanacaq. Bundan əlavə, Türkiyə səfirliyinin dəstəyi ilə Cocuq Mərcanlıda suvenir istehsal edən muəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki uşaq anası dəm qazından boğulub öldü
Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ
AYNA sədri taksi sahəsində islahatların aparılmasından DANIŞDI

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB