Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58121
az

Şəhidimizin xanımı da universitetə qəbul oldu

18:5904 Sentyabr, 2021
470
CƏMİYYƏT
  • A

Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova universitetə qəbul olub.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Əzizə Həsənova sosial şəbəkədə paylaşım edib.

"Oxumaq heç zaman gec deyildir. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram".

Qeyd edək ki, Fariz Həsənov Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR