Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5803
az

Paşinyana “like” qoyan Azərbaycan futbolçusu üzr istədi

16:5204 Oktyabr, 2018
857
  • A
 Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığma komandasının üzvü Renat Dadaşov Ermənistan baş naziri Nikol Paşinyanın fotosuna qoyduğu “like”dan danışıb.

Oxu24.com  Azerisport.com-a istinadla xəbər verir ki, foto Almaniyada yaşayan erməni reper Levo tərəfindən “Instagram”da paylaşılıb.

Daha sonra Dadaşov “like”nı silib.

“Mən Levo ilə bir məktəbdə oxumuşam. Mən onun kim olduğunu bilmirdim. Nə etdiyimi bilmədim. Bizim məktəbdə almanlarla yanaşı, türklər, ermənilər, ruslar və digər millətlərdən olan insanlar oxuyurdu. Bizim ortaq dostlarımız vardı. Bu foto mayda yerləşdirilib. Mən bu gün gördüm ki, “like” qoymuşam.

Bunu etməməli idim. Bu münaqişənin tarixini yaxşı bilirəm və bunu başa düşürəm”, - Dadaşov bildirib.

Bu məsələnin onun millidəki çıxışına təsirindən qorxub-qorxmadığı ilə bağlı suala cavab verən futbolçu qeyd edib ki, etdiyi əməldən çox peşmandır:

“Təkrar edirəm ki, bu təsadüfən olub və mən çox peşmanam. Mən azərbaycanlıyam və bununla fəxr edirəm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxt ərazisində evlərin qiyməti nə qədər artıb? - VİDEO
Min dərdə dəva, sehirli içki: Şalqam suyu
Gözəllik salonlarında bunlar qadağan olunur

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto