Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5802
az

Karapetyan helikopter qəzasında öldü - SON DƏQİQƏ

16:4704 Oktyabr, 2018
804
  • A
Rusiya baş prokurorunun müavini, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Saak Karapetyan "AS-350" helikopterinin qəzaya uğraması nəticəsində ölüb.

AzVision.az xəbər verir ki, bu barədə “TASS” agentliyi Rusiya fövqəladə xidmətindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, göyərtəsində Karapetyanın olduğu helikopter dünən axşam saatlarında Kostroma əyalətinin Vonşevo kəndində qəzaya düşüb. Nəticədə baş prokurorun müavini həlak olub. Onunla yanaşı, hadisə yerində daha 2 nəfərin cəsədi aşkarlanıb. Onlardan biri kəndin erməni sakini Arek Aratyunyan, digəri isə pilot Mixnovdur. İnsidentlə bağlı cinayət işi açılıb.

Məlum olub ki, Karapetyanın olduğu "AS-350" helikopteri icazəsiz uçuş həyata keçirib. Nəticədə hava şəraitinin pis olması səbəbindən helikopter meşədə qəzaya düşüb.

Rusiya baş prokurorunun müavininin məzuniyyətdə olduğu bildirilib. Lakin Rusiyanın aidiyyatı orqanları Karapetyanın ölümü ilə bağlı yayılan məlumatlara rəsmi şəkildə münasibət bildirməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türklərin yaşadığı bölgədə GÜCLÜ ZƏLZƏLƏ
ABŞ rəsmiləri zorla işdən çıxarıla bilər
Tramp ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından da ÇIXARIR

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto