Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
580
az

Cümhuriyyət düşməni Əliheydər Qarayev kimdir? - Adına küçə də var

15:2113 Aprel, 2018
3476
SİYASƏT
  • A
 
 Ölkədə Xalq Cümhuriyyəti ilinin elan olunduğu bir məqamda Cümhuriyyətin yıxılmasında əsas rol oynayan, bolşevik ideyalarının ən fəal təbliğatçısı olan Əliheydər Qarayev niyə xalqa qəhrəman kimi təqdim olunur?Azərbaycanın bir neçə bölgəsində bu günə kimi Əliheydar Qarayevin adını daşıyan küçələr niyə qalmaqdadır?

Femida.az -a oxucular tərəfindən daxil olan müraciətlərdən məlum olur ki, bu gün Şəkidə,Şamaxıda və Bakıda Əliheydər Qarayevin adını daşıyan küçələr qalmaqdadır.


Əliheydər Qarayev kimdir?

Tarixçi alim Firdovsiyyə Əhmədova Femida.az-a açıqlamasında Əliheydər Qarayevin Xalq Cümhuriyyəti illərində tutduğu vəzifədən danışıb.


- Əliheydər Qarayev Cümhuriyyət dövründə Azərbaycan parlamentinin üzvü olub. O, “Hümmət” partayisanın menşevik qoluna mənsub idi. Cümhuriyyət dövründə bütün çıxışları Azərbaycan dövlətçiliyinin əksinə olub. O, Sovet Rusiyanın mövqeyini hər şeydən üstün tuturdu. 11-ci Qırmızı Ordunun Azərbaycana müdaxilə etməsində və Cümhuriyyətin süqutunda Əliheydər Qarayevin birbaşa əli olub. Yəni, Azərbaycan Cümhuriyyətinin devrilməsində onun böyük “əməyi” olub.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o da bolşevik partiyasının üzvü oldu. Parlamentdə onun çıxışları təsdiq edir ki, Əliheydər Qarayevin mövqeyi Azərbaycanın milli maraqlarına yox, Sovet Rusiyanın ideyasının yayılmasına xidmət edib.


 
Əliheydər Qarayevlə Rəsulzadə arasında dava niyə düşmüşdü?


1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə olunanda qalmaqal düşür. Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məmmədəmin Rəsulzadənin üstünə çımxırır:



- Razılaşmasan, gözlərini çıxartdıraram!
M.Rəsulzadə təəssüflə cavab verir:
- Sən bütün millətin gözlərini çıxartdın!
Ə.Qarayev salona üz tutur:
- Səsini çıxardanı gülləbaran edəcəyəm!
M.Rəsulzadə:
- Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, «tovarişlər» səni güllələyəndə məni xatırlayarsan! Doğrudan da 1937-ci ildə Həmid Sultanovu, Əliheydər Qarayev və digər onunkimiləri öz silahdaşları güllələdilər. Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun уаnınа getdi. Burada Məhəmməd Əminlə bağlı söhbətləri oldu. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırdı. Burada o, qətiyyətlə bildirdi ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq: “Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”, - deyə o bildirdi.

Cümhuriyyətin süqutunda əli olan Ə.Qarayevin sonu necə oldu?

1938-ci ildə "əksinqilabçı millətçi mərkəzin işi" ilə əlaqədər olaraq güllələnir.

Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən sonra 1920-ci ildə Azərbaycan adının tarixdən silinməsini və vilayətlərə bölünməsini tələb edən bir şəxsin adının küçələrə verilməsi və yaşadılması nə dərəcədə doğrudur? Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərə,vətən uğrunda sağlamlığını itirən qazilərə, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, musiqisini, idmanını beynəlxalq aləmdə tanıdan şəxlərə küçə adlarının verilməsi məqsədəuyğun olmazdımı? Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”
Səlim Müslümova yeni vəzifə verildi
Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır