Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5797
az

Məhkəmədən ədalətsiz qərar: Qadının evini satıb küçəyə atan ər həbsdən azad edildi

14:0504 Oktyabr, 2018
1044
  • A
 
Keçmiş ərlə-arvadın 4 ildir,davam edən məhkəmə prosesi yekunlaşıb.

Femida.az xəbər verir ki,CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən Allahverdiyev Zaur Mənsim oğlunun məhkəmə işi ilə bağlı son iclas keçirilib.

Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayevin sədrliyi ilə keçirilən Zaur Allahverdiyev 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azad edilib.


Xatırladaq ki, qeyd olunan cinayət işi uzun müddətdir mətbuatın gündəmini zəbt edib.Zərərçəkmiş Xoşgül Nəcəfova evinə usta kimi çağırdığı Zaur Allahverdiyevlə ailə həyatı qurub.Bir müddət birlikdə yaşayan tərəflər sonda məhkəmə qərarı ilə rəsmən boşanıb.Rəsmi nikah zamanı Zaur Allahverdiyev həyat yoldaşı Xoşgül Nəcəfovadan 23 min dollar məbləğində natarius qaydası ilə borc pul alıb.Bu hadisədən sonra Xoşgül Nəcəfovaya məxsus evi satan əri Rusiyaya gedib.Hadisənin geniş təfərrüatına aşağıdakı videoda baxa bilərsiniz.




Məhkəmə prosesindən sonra saytımıza açıqlama verən Xoşgül Nəcəfova məhkəmənin qərarı ilə razılaşmadığını və haqqını sona qədər müdafiə edəcəyini bildirib:

"Hakim keçən prosesdə Zaura 2 gün vaxt vermişdi.Demişdi ki,pulu ödəməsə,həbs olunacaq.Bəs bu gün nə oldu?Zaur həbs edilmədi, nə də pulu ödəmədi.Şərti cəza ilə 2 il müddətindən azadlıqdan məhrum edildi.Mən qərardan narazıyam.Daha yüksək instansiyalara müraciət edəcəm", deyə zərərçəkmiş şəxs bildirib.

Xoşgül Nəcəfova həmçinin bildirib ki, maddi imkanı olmadığından vəkilsiz qalıb.O,Azərbaycan Vəkillər Kollegiyasının sədrindən vəkillə təmin edilməsini xahiş edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto