Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57941
az

Həyata sıfırdan başlamaq olar, amma imzanı dəyişdirmək çətindir

20:2929 Avqust, 2021
620
  • A

Dünya şöhrətli yazıçı Paulo Koelyonun sözlərinə görə, "Niyə şəxsi həyatınızda bəxtiniz gətirmir" sualının cavabı bizdədir.

OXU24.COM xəbər verir ki, braziliyalı müsahibələrinin birində bu barədə qısa və müdrik bir məsəl danışıb.

Bir dəfə ağcaqanad milçəkdən soruşur: "Ətrafda çiçəklər varmı?"

"Çiçəkləri tanımıram, ancaq zibilliklər peyinlə doludur", - milçək cavab verir. Daha sonra milçək ağcaqanada ətrafda mütləq ziyarət etməsi lazım olan bütün zir-zibil siyahısını verməyə başlayır.

Ağcaqanad göstərilən istiqamətdə uçur və yolda bir arı ilə qarşılaşır. Ona "Yaxınlıqda hər hansı bir zibil yeri gördünüzmü", - sualını verir.

"Tullantılar? Peyin? Xeyr, heç yerdə görmədim", - arı təəccüblənir. "Hər yer ətirli çiçəklərlə doludur", - deyir və güllərə doğru uçur.

Əgər gözəlliyi görə bilirsinizsə, demək ki, qəlbinizdə gözəllik və yaxşılıq daşıyırsınız. Çünki dünya hər kəsin öz əksini gördüyü bir güzgü kimidir.

Yazıçı hesab edir ki, insan yalnız "özünə" aid olanları seçir.

Ziqmund Freyd də o qənaətdə idi ki, eyni dəyərlərə və fərqli xüsusiyyətlərə sahib insanları seçirik, çünki bunu bizə şüuraltımız diktə edir. Odur ki, keyfiyyətli insanlarla əhatə olunmaq istəyirsinizsə, daha yaxşı, daha təmiz, daha savadlı və daha məqsədyönlü olmağınız üçün əlinizdən gələni etməlisiniz. O zaman sizi məhz belə insanlar cəlb etməyə başlayacaq. Münasibətləriniz daha mehriban, daha mədəni və üst səviyyədə olacaq.

Etiraf etmək lazımdır ki, Paulodan bir neçə sitatı qulağımıza sırğa etməyə dəyər.

Vidalaşmağa cəsarət edə bildiyiniz zaman həyat sizə yenidən salam verəcək.

Sonda hər şey yaxşı bitir. Vəziyyət pisdirsə, deməli, bu, hələ son deyil.

Elə insanlar var ki, həyatı tək yaşamaq üçün dünyaya gəlir, bu, pis və ya yaxşı deyil, bu, həyatdır.

Həyata sıfırdan başlamaq olar, amma imzanı dəyişdirmək çətindir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO