Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57927
az

Hansı vitamin insanı aterosklerozdan qoruya bilər

00:2729 Avqust, 2021
2794
  • A

Edit Kouen Universitetinin alimlərinin qeyd etdiyi kimi, K vitamininin yüksək qəbulu ateroskleroz (qan damarlarının xroniki xəstəliyi) riskini azaldır. K vitamini ilə zəngin olan qida rasionu aterosklerozla əlaqəli ürək-damar xəstəliklərinin inkişaf riskini 34% azaldır.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, 20 ildən çoxdur ki, ABŞ-ın Edit Kouen Universitetinin alimləri təxminən 50 min insanın iştirak etdiyi araşdırma aparıb. Bu vitaminin iki növünün olduğuna diqqət çəkilir: yaşıl yarpaqlı tərəvəzlərdə və bitki yağlarında olan K1 ət, yumurta və mayalanmış qidalarda olan K2. Araşdırma yüksək miqdarda K1 vitamini qəbul edən iştirakçıların aterosklerozla əlaqəli ürək-damar xəstəliyinə görə, xəstəxanaya düşmə ehtimalının 21% daha az olduğunu göstərib. Yüksək miqdarda K2 vitamini qəbul edərkən bu rəqəm 14% idi və periferik arteriya xəstəliyi riski 34% azalıb.

Mütəxəssislər mövcud pəhriz qaydalarının əsasən K1 vitamininin miqdarına yönəldiyini vurğulayır. Bununla belə, K vitamininin aterosklerozun inkişafına qarşı qorumanı təmin edə biləcəyinə dair artan sübutlar var. Bu baxımdan mütəxəssislər, orqanizm tərəfindən müxtəlif yollarla mənimsənilə bilən K2 vitamini ilə zəngin qidalar və onun formaları haqqında məlumat bazasını genişləndirmək niyyətindədirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib