Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5791
az

Hava şəraiti kəskin dəyişir: qurumlara xəbərdarlıq edildi

11:5704 Oktyabr, 2018
1016
CƏMİYYƏT
  • A
 Oktyabrın 5-də və 6-da havanın temperaturu digər günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, sabahdan Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsməyə başlayacaq:

“Gün ərzində şiddətli olacaq. Havanın temperaturunun anomal gedişdə olması gözlənilir.  Oktyabrın 5-də səhər saatlarında havanın temperaturunun 20-22 dərəcə, günorta saatlarında 15-18 dərəcə, axşam saatlarında isə 12-14 dərəcə olacağı gözlənilir. Belə hava şəraitində atmosfer təzyiqi kəskin yüksələcək”.

Umayra Tağyeva bildirib ki, ölkə ərazisində əsən küləyin sürəti barədə qurumlara xəbərdarlıq edilib:

“Biz müvafiq qurumlara, təşkilatlara xüsusi xəbərdarlıq göndərmişik. Bu prosesdə küləyin maksimal sürətinin 20-25, arabir isə 30-33 metrə çatmasıdır ki, bu barədə məlumat verilib”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO
Təyyarənin vurulduğu təsdiqləndi -Rusiyanın “qaçış yeri” qalmayıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü