Bərdədə dörd nəfərin öldüyü avtomobil qəzasının yeni təfərrüatı məlum olub.
Oxu24.com Report-a istinadən xəbər verir ki, Bərdə rayonunun Mehdili kəndində baş verən dəhşətli yol qəzasında ölən Rəcəbəliyevlər ailəsi Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər övladları ilə görüşdən geri dönürmüş.
Qeyd edək ki, gecə saatlarında “VAZ-21011” markalı avtomobil “Shacman” markalı yük maşını ilə toqquşub.
Nəticədə, Goranboy rayon sakinləri, “VAZ-21011” markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 48 yaşlı Rəcəbəliyeva Rəna Əli qızı və 13 yaşlı Vəliyev Rəvan Azər oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR