Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5780
az

Gəncənin icra başçısı Elmar Vəliyevin 8 kadrını işdən çıxardı - SİYAHI

23:5203 Oktyabr, 2018
1149
SİYASƏT
  • A
 Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəmli Əli Xasay oğlu vəzifəsindən azad olunub.
Oxu24.com “Report”a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin şöbənin baş məsləhətçisi Binnətov Natiq Şaməddin oğlu da vəzifəsindən çıxarılıb.
Bundan başqa, icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Niyazova Lyudmila Zeynal qızı və İstehsal və xidmət sahələri sektorunun müdiri Məmmədov Azər Vilayət oğlu da işdən çıxarılıb. Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Məlikov Yusif Tofiq oğlu, Hüquq şöbəsinin məsləhətçisi Hüseynov Anar İsmayıl oğlu, Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçisi İsmayılova Səbinə İslam qızı vəzifəsindən azad edilib.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nağıyeva Şövkət Mirşahin qızı vəzifəsindən azad edilərək Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı