Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57675
az

Elşad Miridən Hacı Surxaya SƏRT CAVAB: Hansısa mollabaşın...

18:5319 Avqust, 2021
7515
MÜSAHİBƏ
  • A

"Bu insanların dünyagörüşü o qədər dardır ki, dinlərinin də dar olduğuna görə özlərini "dindar" adlandırırlar. Bu insanlar ilk növbədə bilməlidirlər ki, dünya sadəcə müsəlmanlardan ibarət deyil".

Oxu24.com  xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri Unikal.org-a açıqlamasında Hacı Surxayın Məhərrəm ayında toy edən şəxslərin övladlarının sağlamlığında təhlükə yaranacağı, ailə həyatının xoşbəxt olma ehtimalının az olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, müsəlmanların hamısı Məhərrəm ayında toy edib-etməməyi müzakirə etmirlər:

"Məsələn Qazax, Zaqatala, Balakən və Quba rayonlarında Məhərrəm ayı ilə bağlı heç bir problem yoxdur və onlar toy da edirlər. Bu insanların dünyagörüşləri o qədər bəsitdir ki, onların düşüncəsinə görə, dünyada yaşayan 7-8 milyard insanın hamısı müsəlmandır və onlar toy etsələr xoşbəxt olmayacaqlar, uşaqları şikəst olacaq.

Bu adamlardan soruşmaq lazımdır ki, həqiqətən də Məhərrəm ayında toy edən şəxslərin uşaqları arasında şikəst olan var mı? Bu, Allahlıq iddiası kimi bir şeydir. Bunlar Allahın verə biləcəyi qərarı Allahın adından verməyə çalışan fırıldaqçılardır. Belə bir şey nə dərəcədə doğru ola bilər? Dünyada milyardlarla buddist və xristian yaşayır.

Onlarda Məhərrəm ayında toy edib-etməmək məsələsi var mı? Onlar həmin zaman toy etdikləri vaxtda uşaqları şikəstmi olur? Görün biz nəyi müzakirə edirik. Vicdanın nə olduğunu bilməyən, İranın Ali Dini liderinin ifadəsini Qarabağı azad etməklə əlaqələndirən şəxsin qurumunda olan hər hansısa bir mollabaşın ifadəsini müzakirə edirik. Biabırçılıqdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur”
Araz Ağalarov kamera qarşısına çıxdı - Hər şeyi açıqladı +VİDEO
Azərbaycanlı polkovnik Ukraynada həlak oldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı