“Bizim Market” Mühasib ( əmək haqqı üzrə ) VƏZİFƏSİNƏ İŞÇİ AXTARIR.
İş haqqında məlumat:
• İşçilərlə hesablaşmaların və sənədləşmələrin təşkili;
• Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
• Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
• DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
• Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
• Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını toxunmaq;
• Aylıq, rüblük, illik Dövlət orqanlarına hesabatların göndərilməsi;
• Pul vəsaitlərinin planlaşdırılması, proqnoz, ödənişlərin bölüşdürülməsi;
• Birbaşa rəhbərin tapşırıqlarının icra edilməsi.
Namizədə olan tələblər:
• Sahə üzrə Ali təhsil;
• Mühasibatlıq sahəsində 1 - 3 il arası iş təcrübəsi;
• Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı;
• MS Office (xüsusilə MS Excel) proqramlarında işləmək bacarığı;
• Analitik düşünmə və təhlil bacarığı.
İş şəraiti:
• 5 günlük iş həftəsi
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib əmək haqqı üzrə” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxu24.com
ŞƏRHLƏR