“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilib.
Oxu24.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla 55-2.6-cı bəndə “Çevik Hərəkət Qüvvələrinin komandanı,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələrinin komandanı,” sözləri, 63-cü hissəyə isə “Xidmətin Sahil Mühafizəsinin rəisi,” sözlərindən sonra “Çevik Hərəkət Qüvvələrinin Komandanı, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı,” sözləri əlavə edilib.
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR