Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57585
az

SON DƏQİQƏ! Prezident mühüm Qanunu təsdiqlədi

23:3117 Avqust, 2021
2564
SİYASƏT
  • A

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Oxu24.com  verir ki, qanunda olan dəyişikliklərə əsasən "əlillik dərəcəsi” sözlərinin "insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, "I və II dərəcə əlilliyi olan” sözləri "orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Qeyd edək ki, əvvəlki anlayışla müqayisədə orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi