Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5751
az

Paşinyan qapıları bağlayıb,deputatlar zalda qalıb -Ermənistanda inqilab

09:2003 Oktyabr, 2018
1435
SİYASƏT
  • A
 Ermənistanda məxməri inqilabına qarşılıq əksinqilab cəhdi.
Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə parlamentin giriş və çıxışlarını bağlayıb və deputatları çölə buraxmır.
Buna səbəb, 2 oktyabr tarixində parlamentin növbədənkənar iclası keçirilib və 3 fraksiya - Respublikaçılar Partiyası,  Çarukyan Bloku və Daşnaksütyun tərəfindən  yeni qanun layihəsi qəbul edilib. Qanun parlament reqlamenti haqqındadır. Dəyişiklik parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdırır. Dəyişiklikdən öncəki qaydalar  imkan verirdi ki, xalq N.Paşinyanın istefasından sonrakı 2 həftə ərzində parlamentin qarşısımda toplaşıb yeni hökumət başçısı seçilməsinə maneə törətsin və beləliklə, parlamentin birbaşa  buraxılmasına nail olacaqdılar. Yeni qanun layihəsi bəhs etdiyimiz prosesin baş tutmasını əngəlləyir və  səlahiyyətli şəxs olan sədrə imkan verir ki, başqa qüvvələrin təzyiqi olacağı təqdirdə, parlamentin buraxılmasını təxirə salsın.
İrəvan bələdiyyəsinə keçirilən seçkilərdə Nikol Paşinyanın blokunun böyük üstünlüklə qalib gəlməsi bir daha göstərdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Serj Sərkisyanın lideri olduğu Respublikaçılar Partiyasının, Qarabağ klanının Ermənistan siyasətindəki uzun sürən hökumranlığına son verilməsi ilə nətilənəcək. Həmçinin Qaqik Çarukyan da öz sərvətlərini və siyasi təsirini itirə biləcəyi qorxusu ilə Respublikaçılar Partiyasıyla birlikdə hərəkət etdi.  
Bir sözlə, adı çəkilən üç fraksiya bir araya gələrək N.Paşinyana qarşı müqavimət göstərmək qərarına gəliblər. Bu qüvvələrin bir araya gəlməsində Rusiya və Robert Köçəryanın əlinin olması ehtimalına da  yüksək dəyərləndirirəm.
N.Paşinyanın yeganə dəstəkçisi isə yenə də xalqdır. Hazırda İrəvanda baş verənləri məxməri inqilabına qarşılıq əksinqilab cəhdi  də adlandırmaq olar. Əgər küçənin təzyiqi ilə parlament hazırkı qərarından geri addım atsa və əvvəlki qayda üzrə özünü buraxmağa məcbur edilsə, diqqətlər Rusiyaya istiqamətlənəcək. Digər bir önəmli məqam isə ola bilər ki, Rusiya hadisələrin bu cür gedişatı ilə razılaşmasın və baş verənləri qeyri-konsturktiv addım kimi qəbul etsin. Bu zaman İrəvanda siyasi böhran daha da dərinləşəcək və ölkədə xaos yaranacaq. Hesab edirəm ki, Rusiya tərəfi Ermənistanda baş verən hadisələri səbirlə müşahidə etməyə üstünlük verəcək.
Analitik Ehtiram Aşırlı Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü