Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57479
az

Dişlənən medal dəyişdiriləcək

18:1412 Avqust, 2021
609
DÜNYA
  • A


Softbol üzrə Yaponiyanın qadınlardan ibarət millisinin üzvü Miu Qotonun qazandığı qızıl medal dəyişdiriləcək.

OXU24.COM "Kyodo" agentliyinə istinadən xəbər verir ki, buna səbəb 72 yaşlı merin həmin medalı dişləyərək şəkil çəkdirməsidir. 

Tokio-2020 Olimpiadası bitincə 20 yaşlı idmançı doğma şəhəri Naqoyaya qayıdıb. Softbolçunu ilk olaraq qarşılayanlardan biri şəhərin meri Takasi Kavamura olub. Təbrik ünvanladıqdan sonra Miunun medalını boynuna taxıb dişləyərək xatirə şəkili çəkdirən merin ünvanına 7000-dən çox etiraz məktubu gəlib. Məsələ burasındadır ki, pandemiyanın tüğyan etdiyi bir dövrdə maskanı çıxarıb buna bənzər hərəkətlər etmək qəbulolunmazdır. 

Bu səbədən yerli Olimpiya Komitəsi BOK-dan (Beynəlxalq Olimpiya Komitəsindən) medalın dəyişdirilməsini tələb edib. Komitə buna razılıq verib. Mer bunun üçün bütün xərcləri öz üzərinə götürəcəyini bildirib.

Qeyd edək ki, görüşün sonunda 72 yaşlı mer həm də Miu Qotoya onunla romantik münasibətlərə girməyi təklif edib.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqomedov UFC oktaqonunda ermənini NOKAUT ETDİ

Ulduz futbolçu İspaniyanın “seks bomba”sına evlilik təklif etdi -FOTOLAR
Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək
Evində qaldığı yeniyetmə qızı fahişəliyə cəlb edən qadın- Şərti cəza aldı