Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57461
az

Peyvəndin üçüncü dozasının da vurulması tövsiyə olunur - Baş infeksionist

19:4411 Avqust, 2021
608
CƏMİYYƏT
  • A

İki doza alan və eyni zamanda xəstəlik keçirmiş şəxslərdə əmələ gələn immunitet vaxt keçdikcə zəifləyir. Bunlar ömürlük immunitet deyil.

OXU24.COM Trend-ə istinadən bildirir ki, bunu baş infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, immunitet o şəxslərdə daha qısamüddətli olur ki, onlarda immun sistemi müəyyən səbəblərdən, əsasən də xroniki xəstəliklərə görə zəif olur:

"Ona görə həssas qruplara daxil olan şəxslərə üçüncü dozanın vurulması onların immun sistemində olan anticisimləri gücləndirir. Bu, bir növ buster doza (gücləndirici doza) və ya xatırlatma dozası da adlanır. Biz istəyirik ki, bunu etməklə həmin insanlarda mövcud olan və müəyyən qədər intensivliyi aşağı düşən anticisimləri yenidən yüksək səviyyəyə qaldıraq. Nəzərə almaq lazımdır ki, tədqiqatlara görə, yeni ştammlara qarşı vaksinlərin qoruyuculuğu 10 faiz daha azdır. Bu ştammlardan qorunmaq üçün da immuniteti yüksəltmək lazımdır. Bu səbəbdən üçüncü doza vurulması ilk növbədə tibb işçilərinə tövsiyə edilir. Çünki onlar daim xəstələrlə təmasda olurlar. İkincisi 60 yaşdan yuxarı şəxslər, üçüncüsü də yaşından asılı olmayaraq xroniki xəstəlikləri olanlardır. Lakin üçüncü doza məcburi deyil, sadəcə tövsiyə olunur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb