Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5740
az

Payız depressiyasından qurtulmağın YOLLARI

20:2202 Oktyabr, 2018
767
CƏMİYYƏT
  • A
 Payız və qış aylarında insanlarda enerji azalır, daha sıxıcı və sakit həyat tərzi yaranır. Payız depressiyasına daha çox qadınlarda rast gəlinir.
Buna səbəb isə soyuq aylarda günəş enerjisinin olmamasıdır. Payızda azalan günəş şüası serotonin hormonunun azalmasına səbəb olur və depressiyaya yol açır. Digər depressiya səbəbləri isə işlərin çox olması, havanın soyuması və daha tez qaralması ola bilər.
Oxu24.com axşam.az-a istinadən məlumat verir ki, depressiyada olduğunuzu anlamanın bir neçə yolu var. Əgər aşağıda sadalanan hallar sizdə də varsa, deməli artıq depressiyadasınız.
1. Enerjinin azalması
2. Gün ərzində yorğun hiss etmək
3. Səhər oyanmaqda çətinlik çəkmək
4. İşləmək istəməmək
5. Əvvəl zövq alınan işlərdən indi imtina etmək
6. Kədər və təəssüf hissi
7. İştahın azalması
8. Tez əsəbiləşmək
Payız depressiyasından qurtulmağın bir neçə yolu var:

Səhər saatlarında otağınıza düşən günəş şüasından yararlanın. Buludlu günlərdə belə səhər və axşam açıq havada 20-30 dəqiqə gəzməyə vaxt ayırın.Gün ərzində idmanla məşğul olmağa çalışın. Sağlam qidalanın. Sizi xoşbəxt edəcək qidalardan istifadə edin. İşlədiyiniz zaman tez-tez fasilələr verin. Etdiyiniz zaman xoşbəxt olduğunuz işlərlə məşğul olun.Çox yatmağın faydası yoxdur. Səhər tez oyanmağa çalışın.Özünüzü sevin və dəyər verin.
Əgər depressiya uzun müddət davam etsə, psixoloqa müraciət etməkdə fayda var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur kanal iki seriala görə cərimələndi
İran kütləvi hərbi təlimlərə başlayır
Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ölənlər və yaralı var